“İqtisadiyyatın iki dəfə artırılması tapşırılıb” - Komitə sədri

 “İqtisadiyyatın iki dəfə artırılması tapşırılıb” -  Komitə sədri
  10 Sentyabr 2020    Oxunub:3580
İqtisadi Şuranın qarşısında qoyulan çağırışlar yaxın 10 ildə Azərbaycanın iqtisadiyyatının iki dəfəyədək böyüməsinə hesablanıb. İqtisadi Şuranın yaradılması qeyri-neft sektorunun inkişafı, yeni artım mənbələrinin tapılmasını də aktual edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Prezidentin İqtisadi Şuranın yaradılması ilə bağlı fərmanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında yeni çağırışlar qoyur.

"Əminəm ki, biz iqtisadiyyatın yeni modelinin qanunvericilik çərçivəsində formalaşmasında rol oynayacağıq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   MM   İclas  





Xəbər lenti