Turizm şirkətləri yenidən öz işini bərpa edir

Turizm şirkətləri yenidən öz işini bərpa edir
  10 Sentyabr 2020    Oxunub:2514
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən, karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tədbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilər.
Bu barədə Azvision.az -a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından (ATAA) məlumat verilib.

Bildirilib ki, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləməklərinə icazə verilir:

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki, qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik. Bir daha turizm şirkətlərinə müraciət edərək, metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq".

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti