“İslahat İcmalı” Azərbaycan könüllülərinə həsr olundu

“İslahat İcmalı” Azərbaycan könüllülərinə həsr olundu
  10 Sentyabr 2020    Oxunub:3482
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlarına həsr olunub.
Mərkəzdən Azvision.az -a bildirilib ki, icmalda Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları, onların fəaliyyət istiqamətləri, görülən işlər barədə məlumat və fotoşəkillər təqdim edilib.

Mərkəzin İslahat Könüllüləri Təşkilatının rəhbəri Nərmin Rəhimli bildirib ki, Prezident İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Bu il ərzində pandemiya şəraitinə baxmayaraq İslahat Könüllüləri, Regional İnkişaf İctimai Birliyi könüllüləri, ASAN Könüllüləri, Könüllü DOST, “Könüllü gömrükçü” dəstəsi, Miqrasiya Könüllüsü, “Bir” Tələbə-Könüllü proqramı, Aqrar İnkişaf Könüllüləri, Könüllü Qida Nəzarətçisi və digər könüllü təşkilatları aktiv işlər görüb, müxtəlif mövzularda videokonfrans formatında təlim və seminarlar təşkil ediblər.

“İslahat İcmalı” ilə “iqtisadiislahat.org” saytının “İcmallar” bölümündə tanış olmaq mümkündür.







Azvision.az


Teqlər: İslahatİcmalı  





Xəbər lenti