İranda daha 117 nəfər koronavirusdan ölüb

İranda daha 117 nəfər koronavirusdan ölüb
  07 Sentyabr 2020    Oxunub:3337
İranda son sutka ərzində koronavirus infeksiyasından 117 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, indiyədək ölkədə 22 410 nəfər pandemiyanın qurbanı olub.

Bir gündə daha 2152 nəfər koronavirusa yoluxub. İranda infeksiyaya yoluxanların ümumi sayı 388 810-ə çatıb.

Hazırda 3733 xəstənin vəziyyəti ağırdır. Bu günə qədər 335 572 nəfər koronavirusdan sağalıb.

Azvision.az



Teqlər: Koronavirus   İran  





Xəbər lenti