Soçi meri: “Qafqazda mavi yoxdur”

Soçi meri: “Qafqazda mavi yoxdur”
  27 Yanvar 2014    Oxunub:1263
Soçi meri, “Vahid Rusiya” partiyasının üzvü Anatoli Paxomov şəhərdə homoseksualların olmadığını bildirib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, BBC telekanalına müsahibəsi zamanı Paxomov şəhər rəhbərliyinin Olimpiya Oyunları ilə bağlı homoseksualların şəhərə gəlişinə şad olduğunu bildirib.

Bununla belə, o cinsi azlıqların “Rusiya qanunvericilyinə hörmət etməsi” və “öz vərdişlərini başqalarına da qəbul etdirməməli olduğunu” önə çəkib.
Müxalifət lideri Boris Nemtsov isə şəhər merinin bəyanatını gülməli adlandırıb. Onun məlumatına görə Soçidə bir neçə neçə gey klub fəaliyyət göstərir.

Anatoli Paxomov şəhərdəki hopmoseksualların öz oriyentasiyalarını gizli saxlayıb-saxlamamaları ilə bağlı suala cavab verərəkən bu açıqlamanı vermişdi.
“Heç kəs oriyentasiyalarını gizlətmir. Biz sadəcə deyirik ki, bu sizin işiniz, sizin həyatınızdır. Lakin bu biz yaşadığımız yerlərdə, Qafqazda qəbul olunmur. Bizim şəhərdə gey yoxdur”.
BBC telekanalının əməkdaşı Con Suini isə Soçi merlə görüşdən öncə, şəhərdə açıq fəaliyyət göstərən gey bara baş çəkdiyin açıqlayıb.

Xatırladaq ki, 29013-cü ilin yayında Dövlət Duması tərəfindən qəbul olunan qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslər arasında homoseksuallığın təbliğinə görə, cinayət məsuliyyəti tətbiq olunmuşdu. Soçidəki Qış Olimpiya Oyunları ilə bağlı Rusiyaya səfər edəcək Avropa dövlətləri isə qanuna öz etirazlarını bildirmişdilər. 27 Nobel mükafatı laureatı isə bununla bağlı prezident Vladimir Putinə açıq məktub ünvanlamışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti