“Ərdoğanın ürəyi yanır, onu başa düşün”
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arınc baş nazirin sərt çıxışlarını yerli mətbuata şərh edib:
“Bizim milyonlarla insanlarla heç bir problemimiz yoxdur. Baş nazirimizin ürəyi yanır, ona görə də özündən əmin danışır. Siz onun bildiklərini bilsəydiniz, daha pis şeylər deyərdiniz. Bu hökumət varsa həmin dini icma da var olacaq. Bu hökumət olmasa bütün dini icmalar yox olacaq”.
Qeyd edək ki, Ərdoğanın ölkədə fəaliyyət göstərən dini icmalarla bağlı son çıxışı dindarlar arasında birmənalı qarşılanmayıb. Son günlər nədənsə baş nazirin çıxışları dini kəsimin etirazına səbəb olur.
Fatimə Kərimli