Navalnı ilə bağlı məxfi danışıqların səs yazısı yayıldı - AUDİO

Navalnı ilə bağlı məxfi danışıqların səs yazısı yayıldı -  AUDİO
  05 Sentyabr 2020    Oxunub:13083
Belarus mətbuatı Berlin və Varşava arasında Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə bağlı məxfi danışıqların səs yazısını yayımlayıb.

Azvision.az xəbər verir ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko danışığın ələ keçirilməsi barədə məlumat verib.
Onun sözlərinə görə, bu danışıq Navalnının zəhərlənməsinin uydurma olduğunu sübut edir.

Qısa danışıqda iki nəfər ingilis dilində Navalnı barədə söhbət edir. Video rus dilinə tərcümə ilə yayılıb.

"RİA Novosti"yə istinadla Nik və Maykın söhbətinin stenoqramını təqdim edirik.

- Salam, Nik. İşlərimiz necə gedir?

- Hər şey plana uyğundur. Navalnı ilə bağlı materiallar hazırdır. Kanslerin ofisinə göndəriləcək. Onun cavabını gözləyirik.

- Zəhərlənmə dəqiq təsdiqlənir? Bax Mayk, bu, o qədər də vacib deyil. Müharibə gedir. Müharibə zamanı hər cür üsul yaxşıdır.

- Razıyam. Putinin burnunu Belarusun işlərinə soxmasından çəkindirmək lazımdır. Ən təsirli yol onun başını Rusiyanın problemlərinə qarışdırmaqdır. Üstəlik, yaxın gələcəkdə Rusiyada seçkilər olacaq.

- Bu bizim etdiyimiz şeydir. Belarusda işiniz necədir?

- Düzünü deyim, yaxşı deyil. Prezident Lukaşenko qırılmayan qoz olub. Peşəkar və mütəşəkkildir. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər prezidentə sadiqdirlər. Hələlik işləyirik. Qalanlarını görüşəndə danışarıq, telefon söhbəti deyil.

- Bəli, başa düşürəm. Görüşərik, sağol.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Navalnı  





Xəbər lenti