Oğuzda ovçu dağdan yıxılaraq ölüb

Oğuzda ovçu dağdan yıxılaraq ölüb
  27 Yanvar 2014    Oxunub:1159
Oğuz rayonunda ovçu ölüb. AzVision.az xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xaçmazqışlaq kənd sakini, 33 yaşlı Məmmədbağır Aydın oğlu Seyidəliyev ov etmək məqsədi ilə dağa qalxıb.

Qarlı hava şəraiti olduğundan yüksəklikdən sürüşərək yıxılan M. Seyidəliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

M. Seyidəliyevin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti