Konqoda hərbi sursat anbarında partlayış – 20 ölü
İnsident cümə günü baş verib. Yerli hakimiyyətin nümayəndəsinin məlumatına görə, Mbuji-Mayi şəhərində ildırım vurması səbəbindən anbar ərazisində yanğın, sonra isə partlayış baş verib.
Şahidlərin sözlərinə görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var.
BMT bildirir ki, hadisə nəticəsində şəhərdə bir çox evlər dağıdılıb. Təşkilat vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün yerli hökumətə yardım göstərməyə hazırdır.
Teqlər: