İsveçin xarici işlər naziri İrana səfər edəcək

İsveçin xarici işlər naziri İrana səfər edəcək
  26 Yanvar 2014    Oxunub:1038
İsveç Krallığının xarici işlər naziri Karl Bildt Tehrana rəsmi səfər edəcək. AzVision.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "facebook" səhifəsində yazıb.

M.C.Zərif həftənin sonunda Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcəyini deyib: "Münhen səfərindən qayıtdıqdan sonra İsveçin və Meksikanın xarici işlər nazirləri Tehranda mənim qonağım olacaqlar".

O, əlavə edib ki, həmçinin BMT-nin sabiq baş katibi Kofi Annanın başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edəcək.

Qeyd edək ki, bu həftə ərzində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da Tehrana səfəri gözlənilir.


Teqlər:





Xəbər lenti