Gürcüstanda daha 18 nəfər virusa yoluxdu

Gürcüstanda daha 18 nəfər virusa yoluxdu
  31 Avqust 2020    Oxunub:2917
Gürcüstanda son sutka ərzində daha 18 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1487-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1240 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5524, stasionar nəzarətdə isə 221 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti