"Terminator"un aktrisası vəfat edib

"Terminator"un aktrisası vəfat edib
  31 Avqust 2020    Oxunub:2676
Aktrisa Lesli Hamilton 64 yaşında ABŞ-da vəfat edib.
Azvision.az “Movieweb”ə istinadən xəbər verir ki, aktrisa avqustun 22-də ölüb, lakin yaxınları bu barədə yalnız indi məlumat veriblər.

Onun ölüm səbəbi açıqlanmayıb. Nəşrin yazdığına görə, Lesli Hamilton tibb bacısı olub, yalnız bir filmdə - "Terminator 2: Qiyamət günü"ndə rol alıb.

Burada o, Sara Konnor rolunu oynayan əkiz bacısı Linda Hamiltonla birgə çəkilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Terminator   Film   Aktrisa  





Xəbər lenti