"Qırıcıların alınması üzrə danışıqlar aparılır" - Tonoyan

 "Qırıcıların alınması üzrə danışıqlar aparılır" -  Tonoyan
  31 Avqust 2020    Oxunub:2320
Su-30SM qırıcılarının yeni partiyasının alınması üçün danışıqlar aparılır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

"Həmçinin, 4 Su-25-in modernləşdirilməsi proqramına dair illərdir həyata keçirə bilmədiyimiz bir müqavilə imzaladıq. İndi bu, reallığa çevrildi”, Tonoyan vurğulayıb.

Əlavə edib ki, qırıcıların modernləşdirilməsini Rusiya Federasiyası həyata keçirəcək.

Tonoyan hərbi sənayedə özəl erməni-rus təşkilatlarının yaradılmasının təşviq edildiyini də söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Rusiya   Silah   Qırıcı  





Xəbər lenti