RF ordusu 2042-yə kimi Tacikistanda qalır

RF ordusu 2042-yə kimi Tacikistanda qalır
  26 Yanvar 2014    Oxunub:1123
Rusiya hərbi bazasının Tacikistanda qalma vaxtı 2042-ci ilədək uzadıldı.
AzVision.az xəbər verir ki, Tacikistan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Emomali Raxmon Düşənbədə Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalovla görüşüb.

Görüşdə ölkələr arasında əlaqələrin indiki vəziyyəti və perspektivləri, ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Tacikistan Dövlətlərarası Komissiyasının dünən başa çatan iclasının yekunları, ölkələr arasında imzalanmış sənədlərin ölkə parlamenti tərəfindən paraflanması, tacik miqrantların Rusiya ərazisində qalma müddətinin 3 ilədək uzadılması və digər məsələlər müzakirə edilib.

Tacikistan Prezidenti demişdir: “Ümid edirəm ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Tacikistandakı Rusiya hərbi bazasının ölkəmizdə qalma müddətinin 2042-ci ilədək uzadılması ilə bağlı sazişin paraflanması haqqında sənədi şəxsən Rusiya Prezidentinə təqdim edəcəyəm”.


Teqlər:





Xəbər lenti