ABŞ-dan Rza Zərrabı şoka salan xəbər

ABŞ-dan Rza Zərrabı şoka salan xəbər
  25 Yanvar 2014    Oxunub:1162
Türkiyədə həyata keçirilən rüşvət olaylarında həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabın adı daha bir cinayət işində hallanır. Gənc milyarderin amerikalı killerlə bağlantısının olduğu iddia edilir.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Federal Tədqiqatlar Bürosu (FBİ) yayıb.

Belə ki, ABŞ vətəndaşı olan iran əsilli Mansur Ərbabsiyar 2011-ci ildə Səudiyyə Ərəbistanın ABŞ-dakı səfirini öldürməyə cəhd edib. O, restoranda partladacağı bomba ilə səfiri öldürməyi planlaşdırsa da, planı baş tutmayıb. Planı ifşa edən FBİ bunu araşdırıb və məlum olub ki, sui-qəsddən bir müddət əvvəl Mansurun hesabına 1.5 milyon dollar pul köçürülüb. Həmin pulu köçürən iki firma isə Rza Zərraba məxsus “Rococo” Biznes mərkəzində fəaliyyət göstərən “Azra” idxal və ixracat şirkəti və “Hacer” zərgərlik firmasıdır. Rza Zərrab həm də “Hacer” zərgərlik firmasının təsisçilərindən və şəriklərindən biridir.

Adı çəkilən sui-qəsdçi 2013-cü ildə 25 il həbs cəzasına məhkum olunub. FBİ-nin araşdırmalarına görə, “Rococo” biznes mərkəzindəki mağazaların əksəriyyəti örtülüdür, içəri görünmür. Açıq olan mağazalarda isə təkcə iş stolu və stulu ilə pul sayma maşınları var. Həmin iş yerlərinin əsasən iranlılar tərəfindən istifadə olunduğu da bildirilir. Daha bir iddiaya görə, Rza Zərrabın Türkiyə ilə İran arasında qeyri-qanuni yollarla köçürdüyü pullar İranın eks-prezidenti Əhmədnejatın köməkçisi İsfəndiyar Rahim Məşayiyə məxsusdur. Məşayinin Rza Zərrab və Ebru Gündeşi İranda olanda xüsusi qarşıladı və xidmət göstərdiyi də deyilir.

Səfirin öldürülməsi üçün sifarişin kim tərəfindən verilməsi, Rza Zərrabın sui-qəsdlə bağlılığının olub-olmaması araşdırılır. Sözügedən məbləğin niyə məhz ona məxsus şirkətdən qatilə ötürülməsi ilə R.Zərrabın işini çətinə salıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti