Konqresin spikeri Putinə “başkəsən” dedi

Konqresin spikeri Putinə “başkəsən” dedi
  24 Yanvar 2014    Oxunub:1131
ABŞ Konqresinin Aşağı Palatasının spikeri Rusiya prezidentini “öz qonşularına hörmətsizlik”də ittiham edib.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Boner “NBC” telekanalında yayımlanan "The Tonight Show" verilişində Rusiyanın dövlət başçısını kəskin tənqid edib.

Respublikaçı Boner Rusiya prezidentini “quldur” adlandıraraq ABŞ prezidenti Barak Obamanı Amerikanın maraqlarını müdafiə etməyə çağırıb: “Prezident Obama Amerikanın maraqlarını daha da yaxşı müdafiə etməli və bizim xüsusən Şərqi Avropadakı müttəfiqlərimizi qorumalıdır, çünki Putin öz qonşularına hörmətsizliklə yanaşır”.

Bonerin kəskin bəyanatını “Kommersant-FM” radiosuna şərh edən rus politoloq Valeriy Ostrovkiy deyib ki, bu diplomatik bir problemdir, və buna simmetrik cavab verilməlidir. Ekspert 18-ci əsrin diplomatiya tarixindən misal da gətirib: “Prussiya Fransaya təkayaqlı polkovniki səfir yollamışdı. Parisdə çox düşündükdən sonra Berlinə təkəlli mayoru səfir kimi göndərdilər”.

Onun sözlərinə görə, bu halda da Rusiya parlamentində elə birisini tapmaq mümkündür ki, Obamanı “quldur” adlandırsın və bununla da diplomatik insident simmetrik cavabla həllini tapsın.

S. Həsənova


Teqlər:





Xəbər lenti