Belarus: "Litva təxribat edir"

 Belarus: "Litva təxribat edir"
  24 Avqust 2020    Oxunub:3119
Belarus Müdafiə Nazirliyi Litvanın respublikanın hava məkanını pozmağa cəhd göstərdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Minsk Vilnüsə nota göndərməyi planlaşdırır.

"Müdafiə Nazirliyi Belarus Respublikasının hava məkanını pozmaq cəhdi barədə məlumat verir. Avqustun 23-də, saat 19.30-da hava hücumundan müdafiə qüvvələri Litvanın Oşmyanski bölgəsi istiqamətində təxribatın qarşısını aldı", məlumatda deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Litva   Belarus  





Xəbər lenti