Hindistanda bir sutkada 61 mindən çox adam virusa yoluxub

Hindistanda bir sutkada 61 mindən çox adam virusa yoluxub
  24 Avqust 2020    Oxunub:2365
Hindistanda son sutka ərzində 61 408 nəfər koronavirusa yoluxub, 836 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 106 348 nəfərə çatıb. İndiyədək 57 542 pasiyent pandemiyanın qurbanı olub, 2 338 35 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Hindistan   Virus  





Xəbər lenti