Braziliyada COVID-19 qurbanlarının sayı 115 minə çatır

Braziliyada COVID-19 qurbanlarının sayı 115 minə çatır
  24 Avqust 2020    Oxunub:1991
Braziliyada son 24 saat ərzində 494 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 114 min 744-ə yüksəlib. Yoluxma sayı 23 min 421 nəfər artaraq 3 milyon 605 min 783-ə çatıb. İndiyədək 2 milyon 739 min 35 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Brazilya   virus  





Xəbər lenti