Gürcüstanda virusa yoluxanların sayı artdı

Gürcüstanda virusa yoluxanların sayı artdı
  24 Avqust 2020    Oxunub:1693
Gürcüstanda son sutka ərzində daha 10 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1421-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1137 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7 005, stasionar nəzarətdə isə 255 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   virus  





Xəbər lenti