İranda növbəti prezident seçkilərinin vaxtı açıqlandı

 İranda növbəti prezident seçkilərinin vaxtı açıqlandı
  24 Avqust 2020    Oxunub:1578
İranda 2021-ci il iyunun 18-də prezident seçkiləri keçiriləcək.
Azvision.az
xəbər verir ki, bunu İranın Seçki Komissiyasının sədri Camal Orf deyib.

Onun sözlərinə görə, İranda İslam İnqilabından sonra 13-cü olan prezident seçkilərinə hazırlıq fevral ayından başlayacaq.

Seçkilərdə namizədliyini irəli sürmək istəyən şəxslər 3 ay öncədən istefa verməlidirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti