Navalnının səhhəti stabil ağır olaraq qalır

 Navalnının səhhəti stabil ağır olaraq qalır
  24 Avqust 2020    Oxunub:1620
Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının səhhəti stabil ağır olaraq qalır.
Azvision.az xəbər verir ki, bu barədə 1 saylı Omsk Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, bununla bağlı Berlindəki “Charite” klinikasının həkimlərinin göndərdiyi məktubda vurğulanıb.

“Yalnız dünən (23 avqust), günorta yeməyindən sonra klinikadan cavab aldıq, orada bizə təşəkkür etdilər və Aleksey Navalnının sabit bir vəziyyətdə olduğunu bildirdilər. Alman həmkarlarımız bizə minnətdarlıq etdilər, həmçinin onlar xəstənin həyatının xilas olunduğuna şübhə etmirlər".

O vurğulayıb ki, Omskdəki xəstəxananın həkimləri böyük səylə Aleksey Navalnının həyatını xilas edə bildilər, buna heç bir şübhə yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin   Navalnı  





Xəbər lenti