Bayden zənginlər üçün vergiləri artıracaq

Bayden zənginlər üçün vergiləri artıracaq
  24 Avqust 2020    Oxunub:1887
ABŞ-da demokratların prezidentliyə namizədi Co Bayden seçildiyi təqdirdə, ildə 400 min dollardan çox maaş alanlara vergini artırmağı planlaşdırır.
Azvision.az xəbər verir ki, Bayden bu barədə "ABC"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, az pul alanlara yeni vergiləri tətbiq edilməyəcək.

"Mən 400 min dollardan çox pul alanlara vergini qaldıracağam. Niyə? Çünki onların üzərlərinə düşən iqtisadi vəzifələrdən paylarını ödəməyə başlamağın vaxtı çatıb. Heç kimi cəzalandırmıram. Zənginlər və korporasiyalar öz paylarını ədalətli şəkildə ödəməlidirlər. Çünki iqtisadi paydan pay almağa vaxt gəldi", deyə ABŞ prezidentliyinə namizəd əlavə edib.

Az maaş alanlar üçün vergilərin olub-olmayacağını soruşduqda isə Bayden "buna ehtiyac olmayacaq", - deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti