Gürcüstanda dəhşətli qəza: 17 nəfər ölüb (YENİLƏNİB)

 Gürcüstanda dəhşətli qəza:   17 nəfər ölüb (YENİLƏNİB)
  24 Avqust 2020    Oxunub:4788
Gürcüstanın Mtsxeta-Mtianeti regionunun Duşeti bələdiyyəsi ərazisində avtomobil qəzası baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, turistləri daşıyan mikroavtobus Biso kəndində 80 metr yüksəlikdən dərəyə aşıb. Hadisə nəticəsində 17 nəfər həlak olub.

Məlumata görə, mikroavtobus dağlıq ərazidə yerləşən Şatili kəndinə gedirmiş.

***
Gürcüstanda mikroavtobus 80 metr yüksəklikdən dərəyə aşıb.

Azvision.az xəbər verir ki, Şatili kəndi ərazisində baş vermiş dəhşətli qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır xəsarətlər alıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gürcüstan   Qəza  





Xəbər lenti