Şoyqu Tonoyanla sərhəddəki vəziyyəti müzakirə etdi

 Şoyqu Tonoyanla sərhəddəki vəziyyəti müzakirə etdi
  23 Avqust 2020    Oxunub:3645
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı David Tonoyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskvada baş tutan görüşdə iyul hadisələrindən sonra Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Bundan əlavə, nazirlər ikitərəfli hərbi əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: Şoyqu   Tonoyan  





Xəbər lenti