İranda koronavirusdan daha 141 nəfər ölüb

İranda koronavirusdan daha 141 nəfər ölüb
  23 Avqust 2020    Oxunub:2721
İranda son sutka ərzində daha 141 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 663 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2113 nəfər artaraq 358 905-ə yüksəlib.

İranda indiyədək 309 464 pasiyent sağalıb.

Azvision.az


Teqlər:





Xəbər lenti