Amerikanın ən korrupsioner Ştatları

Amerikanın ən korrupsioner Ştatları
  24 Yanvar 2014    Oxunub:13378
Vaxtilə, Amerikanın Virciniya ştatının keçmiş qubernatoru Bob Makdonelin rüşvət almaqda ittiham olunması amerikalılar üçün böyük şok idi. Çünki ABŞ-ın digər ştatlarının çoxundan fərqli olaraq ilk dəfə idi ki, Virciniya tarixində bu cür xoşagəlməz korrupsiya qalmaqalı yaşanırdı.

Bəs görəsən Amerikanın ən korrupsioner ştatı hansıdır? Florida, Luiziana, Tennessi, Nyu-York, yoxsa, Corciya?! Hələ Kolumbiya da var...

Beləliklə, yuxarıda adlarını qeyd etdiyimiz ştatların şübhəli işlərlə necə məşğul olduqları ilə tanış olun:

Corciya Ştatı: 2012 –ci ilin martında İctimai Nəzarət Mərkəzi hər bir ştatda 330 ayrı-ayrı etik norma, şəffaflıq və hesablamaların düzgün aparılıb-aparılmaması ilə bağlı araşdırmalara dair hesabat yaymışdı.
Nəticələr göstərib ki, Corciyada etik qaydalar pozulub, qanunlar zəif tətbiq olunub. 2007-2008-ci illərdə 650-dən çox dövlət qulluqçusu dövlətlə iş birliyi olan biznesmenlərdən rüşvət alıb.

İctimai Nəzarət Mərkəzinin hesabatında Cənubi Karolina, Meyn, Miçiqan, Cənubi Dakota, Uyominq və hətta Virciniyada da korrupsiya hallarının qeydə alındığı açıqlanıb. 7 ştatın hər biri F dərəcəsinə layiq görülüb.



Tennessi: `The Daily Beast` FBI-ın araşdırmalarına əsaslanaraq, 1999-2008-ci illərdə dövlət orqanlarında israfçılıq, dövlət malının mənimsənilməsi, korrupsiya ilə əlaqədar mühakimə olunma faktları, Ştatlar arasında təşkil olunmuş cinayətlə məşğul olma hallarını açıqlayıb. Tennessi birinci olub. Bu ştatda daha çox fırıldaqçılıq, sənədlərin saxtalaşdırılması, dövlət vəsaitlərinin mənimsənilməsi hallarının qeydə alındığı məlum olub.

Adları beşliyə düşənlər isə, Virciniya, Missisipi, Delaver və Şimali Karolina olub. Bu ştatların hər birində polis və prokurorluq orqanlarında korrupsiya halı, səhiyyə sahəsində saxtakarlıqlar müəyyən olunub.

Florida: 1998- 2007–ci illər arasında Floridanın dövlət rəsmiləri yerli, dövlət və federal səviyyədə ictimai korrupsiya ittihamı ilə məhkum ediliblər. `New York Times`ın məlumatına görə, ABŞ-ın başqa heç bir ştatında Floridanın göstəricilərindən yüksək göstərici qeydə alınmayıb. Bu baxımdan, ikinci yeri Nyu-York ştatı (704 vəzifəli şəxs həbs olunub) tutub. Nyu-Yorkun ardınca Texas, Pensilvaniya, Kaliforniya, Ohayo, və İllionis ştatları gəlir ki, onların hər birində 500-dən çox dövlət rəsmisi korrupsiyaya görə, cinayət məsuliyyətinə cəlb olunub.
Korrupsiya ittihamı ilə həbs olunmuş
dövlər qulluqçuları




Nyu-York: Başqa bir araşdırma qrupu - Integrity Florida isə daha əvvəlki göstəricilərə əsasən Floridada 1 762 şəxsin (orta hesabla ildə 50 nəfər) korrupsiya ittihamı ilə mühakimə olunduğunu bildirir. Bu, çox olsa da, Nyu-Yorkda eyni ittihamla məhkum olunan 2 522 nəfərdən artıq deyil. Araşdırmaçı qrup, eyni dövrlər ərzində Kaliforniya Ştatında 2 300-dən çox rəsminin həbs edildiyini açıqlayıb.

”İllinoys” Universitenin araşdırmalarına görə isə, İlinoysda vergi ödəyicilərinə ildə 500 dollara başa gələn korrupsiya halı aşkar olunub. Araşdırmalar göstərib ki, İlinoysun Şimal rayonlarında, o cümlədən Çikaqoda 1976-2010-cu illərdə korrupsiya ilə əlaqədar 1 531 məhkumluq qeydə alınıb. Los- Anceles, Nyu-Yorkun Şərq rayonları , Manhattan, Kolumbiyada da korrupsiya ittihamı ilə azadlıqdan məhrum edilmə halları ( hər birində 1000-dən çox vəzifəli şəxs)baş verib.



Korrupsiya hallarının ən az müşahidə olunduğu ştatlar isəVaşinqton, Oreqon, Minnesotta, Utah, Nebraska və Nyu-Hempşirdir. Bu ştatların adları araşdırmaçılar tərəfindən təqdim olunan siyahıların ən aşağısında qeyd olunub.


Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti