Rusiyadan 100 milyardlıq səxavət
Bununla belə, ölkənin öz xarici borcu artan tempdə davam edir. Belə ki, 2000-ci ildə 178,2 milyard dollar xaricə borca malik Rusiya 2013-cü ildə bu məbləği 634,4 milyard dollar çatdırıb. Müəmmər Qəddafi dönəmində Liviyanın 4,5 milyard dollar borcu qarşılığında Rusiya bu Şimali Afrika ölkəsindən silah satmaq, neft yataqlarını istismar etmək və yol tikintisində güzəştlər əldə etmişdi. Lakin 2011-ci ildə baş verən vətəndaş müharibəsindən sonra Rusiya ilə Liviya arasında imzalanan müqavilə öz qüvvəsini itirib.
AzVision.az Rusiyanın borcunu sildiyi ölkələrin siyahısını təqdim edir.
2000-ci ildə Vyetnamın 9,4 milyard dollar, 2004-cü ildə Monqolustanın 11,4 milyard dollar, 2005-ci ildə Suriyanın 9,8 milyard dollar, 2008-ci ildə İraqın 12 milyard dollar, 2007-ci ildə Əlcəzairin 4,7 milyard dollar 2010-cu ildə Əfqanıstanın 12 milyard dollar, 2012-ci ildə Şimali Koreya Xalq Demokratik Respublikasının 11 milyard dollar borcu silinib. Sonuncu olaraq isə, 2013-cü ilin sonlarında Vladimir Putin Kuba Sosialist Respublikasının Sovet dövründən qalan 29 milyard dollar borcunun silinməsi barədə qərar qəbul etmişdi.
Vüqar İsmayılov