Türkiyədə deputat deputatı döyüb - FOTO

  24 Yanvar 2014    Oxunub : 478
Türkiyədə deputat deputatı döyüb - FOTO
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat həmkarı ilə dalaşan millət vəkili Bülənt Tezcan xəstəxandan çıxıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilinə həkim 3 gün işə çıxmamaqla bağlı arayış verib.
Millət vəkili xəstəxandan çıxanda jurnalistlərə açıqlama verib:

“Türkiyədə demokratiyanı və hüququ müdafiə etməkdə qərarlı olmalıyıq. Bundan sonra hansı formada hücum olursa olsun bu məsələdə qərarlı olmaqda davam edəcəyik. İqtidarın təzyiqinə boyun əyməyəcəyik”.

Qeyd edək ki, parlementdə müzakirələr zamanı Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Oqtay Saral ilə Bülənt Tezcan dalaşıb. Bir neçə dəqiqə bir-birinə söz atan millət vəkillərinin davası yumruqlaşma ilə yekunlaşıb. Hadisədən sonra CHP-li millət vəkilləri qrup halında parlemtni tərk ediblər.

Fatimə Kərimli

Teqlər: