“Navalnı təyyarədə heç nə yeməyib və içməyib” - AÇIQLAMA

“Navalnı təyyarədə heç nə yeməyib və içməyib” -  AÇIQLAMA
  20 Avqust 2020    Oxunub:4962
Xəstəxanaya yerləşdirilən rusiyalı müxalifət lideri Aleksey Navalnı təyyarədə heç nə yeməyib və içməyib.
Azvision.az xəbər verir ki, bu barədə S7 Hava Yollarının mətbuat xidmətindən bildirilib.

"S7 2614 Tomsk - Moskva reysindən dərhal sonra sərnişinlərdən biri olan Aleksey Navalnının səhhəti kəskin şəkildə pisləşdi. Ekipaj tez və ciddi şəkildə qaydalara uyğun işlədi. Uçuş iştirakçıları dərhal təyyarənin komandirini məlumatlandırdı və o, ən yaxın hava limanına enmək qərarı verdi. Hava gəmisində olan Aleksey heç nə yemədi və içmədi", - deyə mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təyyarə təcili yardım qrupu tərəfindən qarşılanıb və Navalnı reanimasiyaya yerləşdirilib.

Bundan əvvəl onun mətbuat katibi Kira Yarmış “Twitter” mikrobloqunda müxalifətçinin zəhərlənməsi ehtimalını irəli sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Navalnıy  





Xəbər lenti