Ərdoğanın oğlu sorğu-sual ediləcək

Ərdoğanın oğlu sorğu-sual ediləcək
  24 Yanvar 2014    Oxunub:1135
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın vəkili rüşvət olayları ilə bağlı müvəkkilinin ifadə verməyə hazır olduğunu açıqlayıb.
AzVİsion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil Əhməd Özəl bildirib ki, Bilal Ərdoğanın saxlanması barədə bildiriş kağızı onlara çatmayıb.

Parlamentdə baş verənlər və bəzi media orqanlarında müvvəkilim barədə yayımlanan məlumatlar hüququ deyil, siyasi məqsəd daşıyır. Müvvəkilimin daimi yaşayış yeri var və o, prokurorluğun müraciəti ilə ifadə verməyə hazırdır”.

Qeyd edək ki, Qaçaqmalçılıqla bağlı istintaq işini aparan prokuror Müəmmar Akkaş Bilal Ərdoğanla bağlı bildiriş kağızını mətbuata açıqlamışdı. Bildirişdə onun yanvarın 2-də ifadə verməli olduğu qeyd olunurdu. Müəmmar Akkaş isə yanvarın 16-da Tekirdağ bölgəsinə təyin olundu.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbulda və Ankarada keçirilən xüsusi əməliyyat zamanı onlarla şəxs, o cümlədən bir neçə nazirin övladı və tanınmış iş adamları saxlanılıb. Saxlamalar korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışı ittihamları əsasında həyata keçirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti