Rusiyada ekstremizmə görə cinayət məsuliyyəti sərtləşdirilib

Rusiyada ekstremizmə görə cinayət məsuliyyəti sərtləşdirilib
  24 Yanvar 2014    Oxunub:1068
AzVision.az xəbər verir ki, Rusiya Dövlət Duması bu ölkənin Cinayət Məcəlləsinə ekstremizmə görə cinayət məsuliyyətinin artırılması haqqında düzəlişlər layihəsini qəbul edib.

Qəbul edilən sənədə əsasən, ekstremist fəaliyyətə çağırışlar, nifrət və düşmənçilik yayılması, cinsi, irqi, milli, dini, sosial mənsubiyyətinə, dilinə görə insan ləyaqətinin alçaldılması və ekstremist birliklərin yaradılmasına görə cinayət məsuliyyəti sərtləşdirilib. Məsələn, ekstremist birliklərin yaradılmasına görə cərimənin məbləği 200 min rubldan 500 min rubladək, icbari iş 4 ildən 5 ilədək, həbs müddəti 4 ildən 6 ilədək artırılmışdır.
Eyni zamanda, Dövlət Dumasına qanunvericilik aktlarına Federal Təhlükəsizlik Xidmətinin terrorizmlə mübarizə sahəsində səlahiyyətlərinin artırılmasına və terrorizmə görə cinayət məsuliyyətinin sərtləşdirilməsinə yönəldilmiş düzəlişlər barədə layihə də təqdim edilmişdir. Qanun layihəsi qəbul edilərsə, xüsusi xidmət orqanlarının əməkdaşlarına şübhəli sayılan vətəndaşları və onların şəxsi əşyalarını, nəqliyyat vasitələrini yoxlamaq səlahiyyəti veriləcək.


Teqlər:





Xəbər lenti