Sabirabadda ev yanıb: 1 ölü

Sabirabadda ev yanıb: 1 ölü
  24 Yanvar 2014    Oxunub:968
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın hadisəsi Sabirabad rayonunun Surra kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın kəşfiyyatı zamanı evdə Ə.M. Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti