ANS homoseksual gəncin ailəsini məhkəməyə verir

ANS homoseksual gəncin ailəsini məhkəməyə verir
  23 Yanvar 2014    Oxunub:1131
“Onlar təkcə bizim komandaya qarşı aqressiv olmayıblar”
ANS TV İsa Şahmarlının ailəsini məhkəməyə verir. Telekanalla özünü öldürən homoseksual gəncin yaxınları arasında münaqişə İsanın Binə qəsəbəsində dəfni zamanı yaşanıb.

AzVision.az xəbər verir ki, bu barədə Bakupost.az-a ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov məlumat verib. Onun sözlərinə görə, telekanalın əməkdaşları gəncin dəfn mərasimini işıqlandırmaq istəyiblər.

“Qəbiristanlığın girişində İsa Şahmarlının qohumları bizim çəkiliş qrupunu saxlayıblar. Onlar təkcə bizim komandaya deyil, həm də mərhumun dostlarına qarşı aqressiv olublar. Telekanalın əməkdaşları ümidlərini itirməyərək, İsanın evinə - dəfn mərasiminin keçdiyi yerə qayıdıblar. Burada onlar ölən şəxsin atası ilə qarşılaşıblar. Həmin adam operatorun üstünə hücum çəkərək, kameranı sındırıb. Bu insanın hərəkətləri cəzasız qala bilməz. Sınmış aparata görə o, məhkəmədə cavab verəcək”, - deyə, M.Məmmədov bildirib.


Teqlər:  





Xəbər lenti