6 ayda 15 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

  15 Avqust 2020    Oxunub : 4055
6 ayda 15 milyard dollarlıq ticarət əməliyyatları aparılıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 15 milyard 31,9 milyon ABŞ dolları olub.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, ticarət əməliyyatlarının 5 milyard 900,7 milyon dolları idxalın, 9 milyard 131,1 milyon dolları isə ixracın payına düşüb.

Azvision.az

Teqlər: Statistika