Yardımlıda qəza 104 evi qazsız qoydu

  13 Avqust 2020    Oxunub : 3137
Yardımlıda qəza 104 evi qazsız qoydu
Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib.
Azvision.az -ın məlumatına görə, təqribən 35 metr uzunluğunda qaz borusunu qəzaya uğrayan "Niva" markalı maşın sürüyərək yararsız hala salıb.

Təhlükəsizlik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Azvision.az

Teqlər: Azəriqaz