Yaponiyadan miqrantlara “yaşıl işıq”

Yaponiyadan miqrantlara “yaşıl işıq”
  23 Yanvar 2014    Oxunub:1027
“Gündoğan” ölkə ilk dəfə xarici işçiləri ölkəyə cəlb edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya hökuməti firma və şirkətlərə xarici işçi götürmək prosedurunu sadələşdirmək barədə qərar qəbul edib.

Bu ilk növbədə yüksək ixtisaslı və peşəkar işçilərə şamil olunacaq. Hökumət inanır ki, bu qərar ölkənin iqtisadi inkişafına stimul olacaq.

Bununla paralel işçi infrastrukturun yaxşılaşdırılması üçün qadınların rəhbər vəzifələrə gətirilməsi nəzərdə tutulur. Əmək qabiliyyətli qadınların faizi artırmaq üçün bu addımın gərəkli olduğu vurğulanır.

Ümumilikdə, əksər ekspertlər əhalisinin sürətlə qocaldığı və əmək qabiliyyətli əhalinin azaldığı Yaponiya üçün xarici miqrantları ölkədəki istehsalat proseslərinə cəlb etməyin vacib olduğunu söyləyir. Bundan başqa korporasiya vergisinin də azaldılması nəzərdə tutulur. Hazırda Yaponiyada korporativ vergi yükü 38% təşkil edir və dünyada ən yüksək hesab olunur.

Xatırladaq ki, 2005-ci ildən əhalisi azalmağa başlayan Yaponiya dünyada ən yüksək orta yaş (40 yaş) göstəricisinə malikdir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti