Misirdə toqquşmalar davam edir: 5 ölü

Misirdə toqquşmalar davam edir: 5 ölü
  23 Yanvar 2014    Oxunub:1075
Misirdə 25 yanvar inqilabının ildönümü ərəfəsində təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb. Buna baxmayaraq , Bəni-Suveyf əyalətində silahlılar polis qüvvələrinə hücum etməsi nəticəsində 5 polis ölüb.

AzVision.az–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Misirin Bəni-Suveyf əyalətində silahlılar polis qüvvələrinə hücum ediblər ki, bu hadisə 5 polisin ölümü ilə nəticələnib.

Dünən isə ölkədə davam edən etiraz aksiyalarında ümumilikdə 8 nəfər yaralanıb.

Bu arada Misirin müvəqqəti hakimiyyəti 25 yanvar inqilabının üçüncü ildönümü ərəfəsində etiraz aksiyalarının və iğtişaşların baş verəcəyini təxmin edib və ölkədə təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.

S. Həsənova


Teqlər:





Xəbər lenti