Əhaliyə 3 milyarddan çox sosial yardım ödənilib

 Əhaliyə 3 milyarddan çox sosial yardım ödənilib
  12 Avqust 2020    Oxunub:4462
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 mlrd. 349 mln. manat vəsait ödənilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Pensiya   Sosial-yardım  





Xəbər lenti