Azərbaycanda ən çox yayılan xəstəliklər - SİYAHI

Azərbaycanda ən çox yayılan xəstəliklər - SİYAHI
  23 Yanvar 2014    Oxunub:3260
Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyindən ildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.(Trend)


Teqlər:





Xəbər lenti