Jirinovski Ukraynanın bölünməsini təklif edib
“Stalinin 45-ci ildəki səhvi Qərbi Ukrayna torpaqlarının: İvano-Frankovsk, Ternopol, Luçk, Rovno, Lvov vilayətlərindən ibarət Ukrayna dövləti yaratmaması, paytaxtı Lvov elan etməməsi idi. Bütün qalan torpaqları – Donbass, Odessa, Krım Rusiyaya birləşdirilməli idi”-deyə siyasətçi fikirlərini bölüşüb.
Partiya liderinin fikrincə, Ukraynada vahid xalq yoxdur. “Burada iki fərqli xalq var: bunlar ruslar və ruslaşmış ukraynalılar, digər tərəfdən isə Avstriya-Macarıstan imperiyasında yaşayan insanlar”.
Jirinovskinin fikrincə, iki fərqli xalq arasında həmişə ziddiyyətlər mövcud olacaq. Ukraynanın bölünməsi ilə bağlı onun təklif etdiyi “sivil prinsip” ilk növbədə “katoliklər qərbdə, pravoslav şərqdə” prinsipinə əsaslanır. Jirinovskinin fikrincə, əks halda “qırğın hələ çox davam edəcək” fikrindədir.
Ukraynada siyasi gərginlik artandan sonra Rusiya vasitəçi kimi proseslərdə iştirak etmək istədiyini bəyan etmişdi. Qərb ölkələrinin Ukraynanın daxili işlərinə qarsımaqda ittiham edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov hələ ki, rəsmi Kiyevin vasitəçiliklə bağlı ölkəsinə müraciət etmədiyini bildirib.
Vüqar İsmayılov
Teqlər: