500-ə yaxın polis işdən çıxarıldı

500-ə yaxın polis işdən çıxarıldı
  23 Yanvar 2014    Oxunub:1190
Türkiyədə kadr dəyişiklikləri çərçivəsində 12 yüksək rütbəli polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.
Türkiyənin paytaxtı Ankarada və İzmirdə kadr dəyişiklikləri 470 polis əməkdaşına toxunub. Bu barədə AzVision.az Türkiyə mətbuatına istinadən məlumat verir.

Ankarada təxminən 470 polis əməkdaşı işdən kənarlaşdırılıb və ya digər şöbələrə göndərilib. İzmirdə isə kadr dəyişiklikləri 12 yüksək rütbəli polis əməkdaşına şamil olunub.

Qeyd edək ki, Türkiyə hökuməti Ankarada və ölkənin digər şəhərlərində polis şöbələrinin tərkibində dəyişikliklər etməsi antikorrupsiya əməliyyatı çərçivəsində baş tutub.

S. Həsənova


Teqlər:





Xəbər lenti