ASCO-nun sahil obyektləri tullantılardan təmizlənib

ASCO-nun sahil obyektləri tullantılardan təmizlənib
  10 Avqust 2020    Oxunub:2982
Gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini işləri aparılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Azvision.az -a verilən məlumata görə, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Belə ki, bu ilin yanvar-iyun aylarında, ASCO gəmilərindən 60,19 m³ plastmas, 360 m³ qida qalığı, 322,55 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 58,185 m³ istismar tullantısı, 4,71 m³ elektron tullantı, 77 m³ şlam, neft qalığı, 2701 m³ döşəməaltı lyal sular, 47848,65 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 74,4 m³ çən dibində formalaşmış neftli şlam, 7,119 ton yanmış qəlib qumu, 615,23 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 44413 ton məişət çirkab suyu, 667 ton neftli döşəməaltı-lyal su, 92,707 ton sürtgü yağı, 3184,902 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 575,39 m³ qida qalığı, 207,79 m³ polimer əsaslı və plastmas tullantı, 81,01 m³ yağlı və neftli tullantı, 42,3 m³ müxtəlif rezin tullantı, 10 ədəd akkumulyator və halvanik element, 387,45 m³ istismar tullantı, 14,5 m³ elektron tullantı, 7,55 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 33,99 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.

Yanvar-iyul aylarında ümumilikdə 1139,658 ton silinmiş qara metal, 2,19 ton əlvan metal isə təkrar emala göndərilib.

Azvision.az



Teqlər: ASCO   tullantı  





Xəbər lenti