Bu gün dünyanın aparıcı siyasətçiləri İsveçrənin Montre şəhərinə yığışaraq `Cenevrə 2` konfransı çərçivəsində Suriya münaqişəsinin həlli yollarını müzakirə ediblər. AzVision.az xəbər verir ki, tərəflər arasında böyük anlaşılmazlıqlara və bölgədə təsir qüvvələrindən biri olan İran dövlətinin danışıqlarda iştrak etməməsinə baxmayaraq, münaqişənin əsas oyunçuları razılaşma yollarına toxuna biliblər. RT müxbiri Yeqor Piskunov xəbər verir.