Kiyevə zirehli texnika yeridilib
Hüquq-mühafizə orqanlarının mərkəzi Qruşevski küçəsinə girişini bağlayan nümayişçilərin maşın təkərlərini yandırması nəticəsində ətrafı qara tüstü bürüyüb. Ukrayna mətbuatının yaydığı məlumata görə, hökumət nümayişin dağıdılması üşün “Dinamo” stadionunu ətrafına bir neçə min polis cəlb edib. Əsas məqsədin müxalifətçiləri Qruşevski küçəsindən çıxarmaq, uzaq perspektivdə isə Avromeydanı bütün iştirakçılardan təmizləmək nəzərdə tutulub.
Ekspertlərin fikrincə, Viktor Yanukoviçlə müxalifət liderləri – Arseni Yaçenyuk, Vitali Kliçko və Oleq Tyaqnibokla hazırda davam edən görüşü meydan hərəkatının gələcəyinə əsas təsiri göstərəcək.
AzVision.az
Teqlər: