`Bəşər Əsəd heç vaxt istefa verməyəcək`

`Bəşər Əsəd heç vaxt istefa verməyəcək`
  22 Yanvar 2014    Oxunub:1260
AzVisision.az–ın “Reuters”ə istinadla verdiyi xəbərə görə, bunu Suriya İnformasiya naziri İmran əz-Zəbi deyib.
Nazir İsveçrədə keçirilən sülh danışıqları toplantısı çərçivəsində Suriya prezidentinin hakimiyyətdən getməsini tələb edən mesajların yersiz olduğunu və Bəşər Əsədin heç vaxt istefaya getməyəcəyini qeyd edib.

Xatırladaq ki, Suriya XİN rəhbəri Vəlid əl-Müəllim Bəşər Əsədin getməsi barədə səsləndirilən bəyanatların yersiz olduğunu vurğulayıb və bildirib ki, onun istefasını yalnız Suriya xalqı tələb edə bilər.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti