Suriya məsələsi referenduma çıxarılacaq

Suriya məsələsi referenduma çıxarılacaq
  22 Yanvar 2014    Oxunub:854
Suriya xarici işlər nazirinin fikrincə bu ölkənin gələcəyini müəyyən etmək hüququ yalnız onun vətəndaşlarına məxsusdur.
Suriyada terrorizmlə mübarizəyə həsr olunmuş “ Cenevrə-2” konfransının nəticələri ümumxalq səsverməsinə qoyulacaq. Bunu Suriya xarici işlər naziri Valid Muallem, Montryoda keçirilən beynəlxalq görüşün açılışı zamanı bəyan edib.

Suriya xarici işlər nazirinin fikrincə bu ölkənin gələcəyini müəyyən etmək hüququ yalnız onun vətəndaşlarına məxsusdur- deyə XİN rəhbəri vurğulayıb.

O, həmçinin qeyd edib ki, Suriya xalqından başqa heç kim prezidenti seçə və yaxud istefasını tələb edə bilməz. Valid Muallem bu fikirlərini ABŞ dövlət katibi Con Keriyə ünvanlayıb. Qeyd edək ki, Con Kerri , konfransda çıxışı zamanı Bəşər Əsədin Suriya Keçid Dövlətinin tərkibinə daxil olmasının qəbuledilməz olduğunu deyib.

“Heç kimin buna izn verməmək kimi hüququ yoxdur, bu hüquq Suriya xalqına məxsusdur.”

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti