Naxçıvanda vergi proqnozu 102 faiz icra edilib

Naxçıvanda vergi proqnozu 102 faiz icra edilib
  08 Avqust 2020    Oxunub:2651
Muxtar respublikanın vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 102 faiz icra edilib
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində 2020-ci ilin birinci yarısında görülmüş işlərin müzakirəsi zamanı Xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev deyib.

Xidmət rəisi bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 116,9 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 110,9 faiz icra olunub.

“Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövründə 15 kommersiya hüquqi şəxs və 7 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 6 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna götürülüb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb ki, qeydiyyata alınan sahibkarlıq subyektlərinin 75,7 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti