Gələn ay prezidentlər görüşə bilər

Gələn ay prezidentlər  görüşə bilər
  22 Yanvar 2014    Oxunub:1062
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik fevralda Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyini deyib.

AzVision.az xəbər verir ki, C.Uorlik şəxsi "twitter" səhifəsində bildirib ki, hər iki ölkənin cümə günü keçiriləcək görüşü gələn ay prezidentlərin görüşü üçün addım ola bilər:

"Ümid edirəm ki, bu görüş fevralda sammitin keçirilməsinə doğru bir addım olacaq".

Amerikalı həmsədr onu da əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yanvarın 24-də Parisdə keçiriləcək.


Teqlər:  





Xəbər lenti