İran prezidenti: `Suriya problemi həll olunmayacaq`

İran prezidenti: `Suriya problemi həll olunmayacaq`
  22 Yanvar 2014    Oxunub:998
İran Prezidenti “Cenevrə-2” danışıqlarının uğurla nəticələnəcəyinə şübhə ilə yanaşdığını deyib.
“İnanmıram ki, “Cenevrə-2” konfransı Suriyada terrorizmlə problemin həllinə kömək etsin. Ümidlər elə də böyük deyil ” – deyə İran İslam Respublikasının prezidenti Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna yola düşməzdən qabaq İRNA agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “ konfrans hələ başlamağa fürsət tapmamış uğursuzluğa düçar olub”.

Qeyd edək ki, Suriya probleminin həllinə həsr olunmuş “Cenevrə-2” konfransı yanvarın 22-də öz işinə başlayıb. Konfransdan bir gün qabaq isə BT baş katibi Ban ki-Mun əvvəlcədən İrana konfransda iştirak etməklə bağlı ünvanlandığı dəvəti geri götürüb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti